İsrailin xarici işlər naziri Gideon Saar yanvarın 26-da Azərbaycana səfər edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan-İsrail Alyansı AIA Global məlumat verib.
Səfər proqramında bir sıra görüşlər, o cümlədən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar planlaşdırılıb.
Məlumata görə, Bakıdan sonra Gideon Saar Qazaxıstana gedəcək.
Qeyd edək ki, ötən il noyabr ayında İsrail xarici işlər naziri Gideon Saar Azərbaycana səfər etmək niyyətində olduğunu açıqlayıb.
Şərhlər