ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı Ukraynada sülh razılaşmasının mümkün qədər tez əldə olunmasını istədiyini bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Axios" nəşri Ukrayna rəsmisinə və danışıq barədə məlumatlı iki mənbəyə istinadən xəbər verib.
Mənbələrin sözlərinə görə, Zelenski müharibənin bu il başa çatacağına ümid etdiyini deyib. Tramp isə cavabında müharibənin artıq həddindən çox uzandığını vurğulayıb və onun bir ay ərzində bitməsini istədiyini bildirib.
Axios-un məlumatına görə, təxminən yarım saat davam edən telefon danışığı Tramp və Zelenski arasında onların Davos şəhərində keçirilən görüşündən sonra ilk danışıq olub. Mənbələr danışığın "çox dostyana və müsbət atmosferdə” keçdiyini qeyd ediblər.
Telefon danışığı Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun dördüncü ildönümündən bir gün sonra baş tutub. Həmçinin bildirilib ki, Trampın nümayəndələri – Jared Kushner və Steve Witkoff yaxın günlərdə Cenevrədə Ukrayna tərəfinin danışıqlar qrupu ilə görüşəcəklər.
Qeyd edək ki, Tramp və Zelenski arasında son telefon danışığı fevralın 25-i axşam saatlarında baş tutub. Bu təmas mümkün sülh danışıqları fonunda tərəflər arasında diplomatik aktivliyin artdığını göstərir.
Günay
Şərhlər