Xəbər lenti

Kifayət Mustafayeva azərbaycanlı futbolçunun komandasının oyununda
İdman 11:31 08.08.2025

Kifayət Mustafayeva azərbaycanlı futbolçunun komandasının oyununda

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.

Qaynarinfo milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 14-də keçiriləcək "Eqnatiya” (Albaniya) – "Olimpiya” (Sloveniya) matçında UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Albaniyanın Rroqojine şəhərində yerləşən "Eqnatia” stadionda baş tutacaq. Albaniya təmsilçisində Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev də çıxış edir. Komandalar arasında Sloveniyadakı ilk görüşdə hesab açılmayıb.

--> -->