Xəbər lenti

Onların sayı yüzlərlə ola bilər: Sakit Okeanın dərinliklərindən gözlənilməz sirri açıldı
Dünya 23:55 09.10.2025

Onların sayı yüzlərlə ola bilər: Sakit Okeanın dərinliklərindən gözlənilməz sirri açıldı

Sakit okeanın altında Yer mantiyasının qədim fraqmentləri aşkar edilib ki, bu da planetin daxili quruluşu ilə bağlı anlayışımızı dəyişə bilər.

Beynəlxalq geofiziklər qrupu Yer mantiyasının aşağı qatında, Sakit okeanın altında sensasiyalı bir kəşf ediblər. 

Qaynarinfo xəgər verir ki, "Tam dalğa forması inversiyası” metodundan və superkompüterlərdən istifadə edən alimlər, mövcud modellərə görə orada olmamalı olan strukturları - subduksiya izləri olmayan bölgələrdə tektonik plitələrə bənzər fraqmentləri - müəyyənləşdiriblər. Bu barədə "ECONews" yazır.

Sakit okeanın qərb hissəsi ən böyük sürpriz olub: seysmik dalğa siqnalları burada 200 milyon ildən çox əvvəl batmış plitələrin qalıqları, ilkin mantiyanın sahələri və ya dəmir baxımından zəngin süxur yığınları ola biləcək anomaliyaları göstərir.

ETH Zurich Universitetindən professor Andreas Fixtner bu kəşfi həkimin qəfil gözləmədiyi yerdə arteriya görməsi ilə müqayisə edib:

"Biz mantiyada aşkar etdiyimiz yeni strukturlara məhz bu cür yanaşırıq".

Bu kəşf hər nə qədər yer səthindən çox dərinlikdə baş versə də, onun nəticələri vulkanik "isti nöqtələrin”, istilik axınlarının və tektonik plitələrin hərəkətinin formalaşmasını anlamaq üçün birbaşa əhəmiyyət kəsb edir. Tədqiqatçıların növbəti addımı seysmik məlumatları laboratoriya təcrübələri və daha dəqiq superkompüter modelləri ilə birləşdirərək Yer mantiyasının bu sirli strukturlarını izah etmək olacaq.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->