"Yuventus" mübarizədən kənarlaşdıraraq UEFA Çempionlar Liqasının 1/8 finalına çıxan "Qalatasaray"ın turnirdən qazancı açıqlanıb.
Qaynarinfo xəbər verir ki, İstanbul klunu cari mösümdə Çempionlar Liqasından 53,5 milyon avro gəlir əldə edib.
Komanda turnirə birbaşa vəsiqəyə görə 18,62 milyon qazanıb. Liqa mərhələsində keçirdiyi 8 oyundan 3 qələbə və 1 heç-heçə əldə edən "Qalatasaray" perforansa görə 7 milyon, sıralamaya görə 5,08 milyon avro gəlir əldə edib.
Yayımı hovuzunun dəyərləndirilməsindən 6,41-10,41 milyon avro (orta hesabla 8,41 milyon avro) qazanan İstanbul klubunun UEFA əmsalı payına düşən məbləğ isə 2,42 milyon avro olub.
"Sarı-qırmızılılar" pley-off mərhələsinə qaldığı üçün 1 milyon, 1/8 finala vəsiqəyə görə 11 milyon avro mükafatı qazanıb.
Beləliklə, komandanın bu mövsümkü ümumi gəliri 53,5 milyon avroya çatıb.
Qeyd edək ki, "Qalatasaray" ilk oyunda "Yuventus"a 5:2 hesabı ilə qalib gəlib, cavab matçında uduzub - 2:3. Ümumi hesab İstanbul klubunun xeyirinə olub - 7:5. Komanda növbəti mərhələdə İngiltərənin "Liverpul" və "Tottenhem" klublarından biri ilə qarşılaşacaq.
Aydın
Şərhlər