Xəbər lenti

İdman 23:58 28.02.2026

"Qalatasaray"dan vacib qələbə

Türkiyə Super Liqasında XXIV turun növbəti oyunu keçirilib.

Qaynarinfo xəbər verir ki, lider "Qalatasaray" evdə "Alanyaspor"u qəbul edib.

Görüş İstanbul təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qalatasaray"ın qollarına Saşa Boey, Lukas Torreyra və Viktor Osimhen imza atıb. "Alanyaspor"un yeganə qolunu isə Stiv Mouni vurub.

Hazırda "Cim-Bom" 58 xalla turnir cədvəlinə başçılıq edir.
--> -->