Türkiyənin paytaxtı Ankara şəhərində hərbi nəqliyyat helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Quru Qoşunlarının Aviasiya Komandanlığına aid "CH-47" nəqliyyat helikopteri təlim uçuşu zamanı hələlik məlum olmayan səbəbdən qəzaya uğrayıb.
"Şəxsi heyətimizdə hər hansı mənfi hal yoxdur. Qəzanın səbəbi aparılacaq ətraflı araşdırma nəticəsində müəyyən ediləcək", - məlumatda vurğulanıb.
Şərhlər