Xəbər lenti

İdman 21:56 21.04.2026

"Zirə" Azərbaycan Kubokunda finala yüksələn ilk komanda oldu

Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, yarımfinalın cavab oyununda "Turan Tovuz"la qarşılaşan "Zirə" cütün qalibi olub.

Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə hesab açılmayıb. Lakin ilk qarşılaşmada "qartallar" 2 cavabsız qolla qələbə qazandığı üçün həlledici mərhələyə yüksələn tərəf olublar.

Xatırladaq ki, yarımfinal mərhələsinin digər cavab matçı aprelin 22-də keçiriləcək. "Sabah" "Qarabağ"ı (ilk oyun - 2:2) qəbul edəcək.
--> -->