Xəbər lenti

Uitkof Alyaska sammiti barədə: Rusiya demək olar ki, dərhal güzəştlərə getdi
Dünya 15:26 20.08.2025

Uitkof Alyaska sammiti barədə: Rusiya demək olar ki, dərhal güzəştlərə getdi

Ankoricdə (ABŞ, Alyaska ştatı) keçirilən sammitdə Rusiya demək olar ki, dərhal güzəştlərə gedib.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ prezidenti xüsusi nümayəndəsi Stiv Uitkof "Fox News”un efirində bildirib.

"Demək olar ki, Alyaskada ilk görüşdə ruslar dərhal güzəştlərə getdilər. Bu güzəştlərin bir hissəsi də ondan ibarət idi ki, biz görə bilək ruslar daha güzəştli olmağa hazırdırlar”, – deyə o bildirib.

Uitkof həmçinin vurğulayıb ki, Donald Tramp və Vladimir Putin "praktik olaraq sülh sazişi istiqamətində irəliləyiş əldə ediblər”. Bununla belə, xüsusi nümayəndə hesab edir ki, atəşkəs sazişi "çox asanlıqla pozula bilər, çünki onun bütün komponentləri yoxdur”.

"O, sülh sazişindən fərqlidir. Daha möhkəmdir. Prezident Alyaskada keçirilən bu görüşdə hiss etməyə başladı ki, sülh sazişi üçün çoxlu ilkin şərtlər razılaşdırılıb, onda niyə tam sülh sazişinə nail olmayaq? Təbii ki, bu dəli dünyada ona görə onu tənqid edirdilər. Mən oturub baxırdım və dürüst desəm, təəccüblənirdim”, – deyə o əlavə edib.

Sammit zamanı Putin Rusiyadan Ukraynanın Donetsk və Luqansk vilayətlərindən qoşunlarını çıxarmasını tələb edirdi ki, bu, Rusiya tərəfindən müharibənin dayandırılması şərti olsun. Lakin o Trampa deyib ki, əsas tələbləri yerinə yetirilərsə, digər cəbhə xəttini donduracaq. Trampın buna razılıq verdiyi bildirilir.

ABŞ-ın sabiq Ukrayna səfiri Valeri Çalı hesab edir ki, Alyaska sammitində Rusiya taktiki qələbə qazanıb, ABŞ prezidenti Donald Tramp isə imic baxımından məğlub olub.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->