Xəbər lenti

İdman 15:06 27.11.2025

"Uşaqlıqdan Musada böyük istedad olmayıb" - Əmisi

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun qardaşı Musa Qurbanov maraqlı açıqlaması ilə diqqət çəkib.

Qaynarinfo xəbər verir ki, o, Futbolinfo.az saytına müsahibəsində qardaşı oğlu, adaşı Musa Qurbanlının böyük istedada malik olmadığını bildirib.

"Hələ ki yolun başlanğıcındadır. Bilirsiniz, bir var fitri istedad, bir də var mənim kimi, Qurban kimi əməksevərliklə bu səviyyəyə ucalmaq. Elə Musada da uşaqlıqdan böyük istedad olmayıb. Amma o qədər futbola həvəsi olub ki... Musa, bəlkə də, günün yarısını məşqdə keçirib. Elə indi də belədir. Güc və sürət cəhətdən elə uşaqlıqdan onda çatışmazlıqlar olub. Amma oyun zəkası və futbol biliyi yaxşıdır. Mən inanıram ki, onun karyerasının parlaq dövrləri hələ qabaqdadır”, - deyə o söyləyib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->