Xəbər lenti

Bakı məhkəməsi məşhur cinayətkarın ekstradisiyasına icazə verdi
Ölkə 15:53 20.08.2025

Bakı məhkəməsi məşhur cinayətkarın ekstradisiyasına icazə verdi

Azərbaycan hindistanlı kriminal avtoriteti ölkəsinə ekstradisiya edəcək

Azərbaycan ötən il Bakıda həbs edilmiş Hindistanın kriminal avtoriteti Mayank Sinqhi yaxın günlərdə ölkəsinə ekstradisiya edəcək.

"Report" Hindistan mediasına istinadən xəbər verir ki, bunun üçün Hindistanın Antiterror bölməsinin üç əməkdaşından ibarət qrup Azərbaycana gəlib.

Məlumata görə, Mayank Sinqhin Hindistana avqustun 22-23-də təhvil veriləcək.
Bu ilin mart ayında Azərbaycanın Carkhand ştatının ən çox axtarılan cinayətkarı, Sunil Mina kimi tanınan Mayank Sinqhin Hindistana ekstradisiyasını təsdiqlədiyi məlum olub.

Hindistanın Antiterror bölməsi İnterpol vasitəsilə Azərbaycana Mayank Sinqhin cinayətkar fəaliyyətinə dair inandırıcı sübutlar təqdim edib ki, bu da onun ekstradisiyası barədə qərarın qəbul edilməsinə kömək edib.

Hindistandan qaçmazdan əvvəl Mayank Sinqh Racastxan, Pəncab və Haryana ştatlarında səs-küylü cinayətlər törədib.

Hindistandan qaçmasına baxmayaraq, qanqster internet zəngləri vasitəsilə Hindistan iş adamlarını hədələyərək onlardan pul tələb etməklə cinayətkar fəaliyyətini davam etdirib. O, sosial mediada avtomat silahlarla şəkillərini paylaşaraq açıq şəkildə öz cinayətkar fəaliyyətini reklam edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->