Xəbər lenti

Peşə təhsil müəssisələrinə işə qəbulla bağlı vakansiya seçimi mərhələsinə start verildi
Ölkə 20:41 21.08.2025

Peşə təhsil müəssisələrinə işə qəbulla bağlı vakansiya seçimi mərhələsinə start verildi

2025/2026-cı il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinə start verilib.

Bu barədə Qaynarinfo-ya Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib.

Bildirilib ki, test imtahanı mərhələsində uğur qazanaraq keçid balını toplayan namizədlər 25 avqust saat 18:00 tarixinədək onlayn formada portal.edu.az elektron müraciət portalı vasitəsi ilə 8 vakant yer seçə bilərlər. Test imtahanı mərhələsinin nəticəsində ümumilikdə 850 namizəd vakansiya seçiminə buraxılıb.

Qeyd edək ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə 15 sentyabr tarixinədək aparılacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->