Xəbər lenti

Fransa sakini rekord məbləğdə cekpot qazandı - 250 milyon avro
Dünya 16:04 20.08.2025

Fransa sakini rekord məbləğdə cekpot qazandı - 250 milyon avro

Fransadan olan "EuroMillions" lotereyasının iştirakçısı ölkə üçün rekord - 250 milyon avroluq cekpot qazanıb.

Qaynarinfo xəvər verir ki, bu barədə fransız lotereya oyunlarını tənzimləyən "FDJ United" məlumat yayıb.

"250 milyon avroluq cekpot uduldu", deyilən məlumatda qeyd edilir ki, bu, lotereyanın qaydaları ilə nəzərdə tutulmuş maksimum məbləğdir.

Qalib yeddi nömrənin hamısını, o cümlədən iki xüsusi ulduz nömrəsini təxmin edib. Bu ona əsas mükafatı almağa imkan verib.

Ölkədə indiyədək heç kim belə bir məbləğ qazanmayıb. Qalib 2021-ci ilin oktyabrında bir Fransız Polineziyalı qadının 220 milyon avro qazandığı Fransada əvvəlki rekordu qırıb.

Qeyd edək ki, bu ilin iyun ayında bir irlandiyalı 250 milyon avro udaraq, "EuroMillions" lotereya rekordu vuran ilk şəxs olub.

"EuroMillions" lotereyası 7 fevral 2004-cü ildə istifadəyə verilmiş çoxmillətli lotereyadır. Əvvəlcə bu lotereyada yalnız Böyük Britaniya, Fransa və İspaniya iştirak edirdi. Daha sonra ona Avstriya, Belçika, İrlandiya, Lüksemburq, Portuqaliya və İsveçrə qoşulub. "EuroMillions" qaydaları qaliblərə anonim qalmağa imkan verir ki, böyük uduşların sahibləri adətən bundan yararlanırlar.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->