Xəbər lenti

Göyçayda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
Ölkə 13:37 27.05.2026

Göyçayda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

Göyçayda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub.

Qaynarinfo xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən 34 yaşlı Elvin Əliyev saxlanılıb.
 
Tibbi müayinə zamanı sürücünün narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub. E.Əliyev barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs olunub.
--> -->