Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli köməkçisini işdən çıxarıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, müvafiq əmrlə Ceyhun İsmayılov başçının köməkçisi vəzifəsindən azad olunub.
Ceyhun İsmayılov Nəsimi Rayon İcra Hakimiyyəti icra başçısı Elxan İbrahimovun köməkçisi təyin edilib. Bu barədə ilk xəbəri İqtisadiyyat.az yayıb.
Elxan İbrahimov bundan əvvəl Elbrus Məmmədovu köməkçi vəzifəsindən azad edib.
Qeyd edək ki, Elxan İbrahimov 2022-ci ildə Kürdəmirin icra başçısı vəzifəsinə təyin olunduqdan sonra Ceyhun İsmayılovu özünə köməkçi təyin etmişdi.
Xatırladaq ki, noyabrın 12-si Prezident İlham Əliyevin sərəncamı ilə Elxan İbrahimov Nəsimi rayonunun icra başçısı təyin olunub. Həmin gün Elşən Həsənli Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Aydın
Şərhlər